Türkiyənin 24-cü şəhər xəstəxanasının açılışı keçiriləcək - Koca

Türkiyənin 24-cü şəhər xəstəxanasının açılışı keçiriləcək - Koca

Bakı. TurkicWorld:

Türkiyənin 24-cü şəhər xəstəxanası olan Antalya Şəhər Xəstəxanasının sabah rəsmi açılışı keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca sosial media hesabında paylaşım edib.

“Vətəndaşlarımızın “5 ulduzlu otel komfortu” adlandırdığı şəhər xəstəxanalarımızın 24-ü olan Antalya Şəhər Xəstəxanamızın rəsmi açılışı sabah keçiriləcək” – deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, ümumi sahəsi 372 min kvadratmetr olan və dörd xəstəxanadan ibarət sağlamlıq kompleksi 1500 çarpayı, 246 reanimasiya çarpayısı, 43 əməliyyat otağı və 300 poliklinika ilə xidmət göstərəcək.

Hafiz Rufizoğlu