Lavrov Türkiyəyə rəsmi səfər edəcək

Lavrov Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 1-2 mart tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiyanın mətbuat xidmətinin sədri Mariya Zaxarova məlumat verib.

O bildirib ki, Lavrov ölkədə keçiriləcək foruma qatılacaq və türkiyəli həmkarı ilə danışıqlar aparacaq.

Zaxarovanın sözlərinə görə, Rusiya prezident Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşır.

Hər iki ölkə, Rusiyada martın 17-də keçiriləcək prezident seçkilərindən sonra baş tutacağını açıqlanan Putinin səfərinə hazırlaşır.