Türkiyədə 700 milyon dollardan çox ilkin mərhələdə texnologiya sərmayəsi edilib - Cevdet Yılmaz

Türkiyədə 700 milyon dollardan çox ilkin mərhələdə texnologiya sərmayəsi edilib - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezident Cevdet Yılmaz İngiltərədəki təmasları çərçivəsində beynəlxalq investorlar və fond idarəçiləri ilə görüşüb.

TurkicWorld-un məlumatına görə,

London Birjasında keçirilən tədbirdə beynəlxalq investorlar və fond idarəçiləri ilə görüşən Yılmaz, Türkiyə iqtisadiyyatında baş verən hadisələrə və iqtisadiyyatın daha güclü olması üçün atılan addımlara toxunub.

Yılmaz, Türkiyədə 80 minə yaxın beynəlxalq şirkətin olduğunu və son 20 ildə 260 milyard dollarlıq birbaşa xarici investisiya cəlb etdiklərini bildirib.

Çoxmillətli şirkətlərin fəaliyyətlərinin artmasına toxunan Yılmaz bildirib ki, investisiya mühitinin yaxşılaşacağı, investorlar üçün proqnozlaşdırıla bilənliyin artacağı və investorların gözləntilərinin daha yüksək səviyyədə qarşılanacağı bir mühit yaratmaq üçün bütün lazımi addımları atırıq.

2002-2023-cü illər arasında İngiltərədən Türkiyəyə cəmi 13,8 milyard dollar beynəlxalq birbaşa sərmayə qoyulduğunu qeyd edən Yılmaz, bu məbləğin ingilis sərmayəçilərinin Türkiyəyə olan inamının göstəricisi olduğunu vurğulayıb.

Yılmaz Türkiyənin üç qitənin ortasında yerləşərək əhəmiyyətli bir ticarət mərkəzi olmaq potensialına malik olduğunu və ən inkişaf etmiş Azad Ticarət Razılaşması şəbəkəsinə malik 10 ölkə arasında olduğunu vurğulayaraq əavə edib ki, məqsədimiz daha çox investisiya cəlb etməkdir.

Vitse-prezident Yılmaz əlavə edib ki, Prezidentin İnvestisiya İdarəsi investorlara hər cür dəstəyi verməyə hazırdır.

Aytac Süleymanova

Twitter: a_alieva_