Son dəqiqə

Türkiyə Fransa

Fransada ələ keçirilən 8 min 597 sikkə Türkiyəyə qaytarılacaq

Bakı. TurkicWorld:

Fransa səlahiyyətliləri tərəfindən üç illik araşdırma nəticəsində ələ keçirilən 8 min 597 sikkə diplomatik yollarla Türkiyəyə qaytarılacaq.

TurkicWorld-un məlumatına görə, Fransa Gömrük Kəşfiyyat Xidmətinin (DNRED) üç illik araşdırması nəticəsində qeyri-qanuni antik əşyalar qaçaqmalçılığı şəbəkəsinin qarşısı alınıb.

Fransa gömrükçüləri 2022-ci ildə bir evdə altıncı əsrə aid Anadolu mənşəli 8 min 597 sikkə tapıblar. Həmin pulların evin hər yerindəki qutularda, televizor şkaflarında və soyuducu çantalarında saxlandığı müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, bu evdə yaşayanlar hazırda sahib olduğu 15 min antikvar əsərin 7 mindən çoxunu qanunsuz olaraq satıb.

15 min əsərin ümumi dəyərinin 1,5 milyon avro olduğu təxmin edilir. Bu qaçaqmalçılıq şəbəkəsinin təşkilatçıları Türkiyə hakimiyyəti tərəfindən Türkiyədə həbs edilib.

Qaçaq əşyaların tapıldığı evdə yaşayan şəxs tezliklə yerli məhkəmədə hakim qarşısına çıxacaq.

Fransız səlahiyyətliləri tərəfindən evdə aşkar edilən qədim əsərlər diplomatik kanallarla Türkiyəyə qaytarılacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər