Son dəqiqə

Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyə qlobal keyfiyyətli istehsalın mərkəzinə çevrilib

Bakı. TurkicWorld:

Türkiyə qlobal keyfiyyətli istehsalın mərkəzinə çevrilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Siyasi sabitlik mühiti, tədqiqat və innovasiya ekosistemi, planlaşdırılan sənaye sahələri, sahibkarlıq mədəniyyəti və 22 ildə yaradılan ixtisaslı insan resursları ilə Türkiyəni əlavə dəyərli və keyfiyyətli istehsalın qlobal mərkəzinə çevirdik”, - deyə o vurğulayıb.

Nazir Kacır onu da qeyd edib ki, Türkiyəyə dəyər qatan investorların yanında olmağa, dəstəkləməyə və təşviq etməyə davam edəcəklər.

"Türkiyə rəqabətli iş mühiti, sabit maliyyə infrastrukturu və makroiqtisadi tarazlığı ilə investorlar üçün sərfəli və etibarlı bir ünvandır. Sərmayə qoyaraq Türkiyənin parlaq gələcəyinə inanan hər bir sahibkar və hər bir iş adamı bu qərarın bəhrəsini almağa davam edəcək. Biz bu ölkəyə sərmayə qoyan, bu ölkənin potensialına və insan resurslarına güvənənləri hər zaman dəstəkləməyə davam edəcəyik", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər