Ankarada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb

Ankarada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb

Bakı. TurkicWorld:

Ankara Prokurorluğu terror təşkilatı İŞİD-ə qarşı aparılan istintaqda şübhəli bilinən 20 nəfər haqqında həbs qərarı çıxarıb.

TurkicWorld-un məlumatına görə, Terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırmalarda İŞİD-in Ankara strukturunda “Tevhid dərgisi” adı altında əli olduğu müəyyən edilən 20 nəfərin saxlanılmasına qərar verilib.

Terrorla mübarizə şöbə müdirliyi qrupları tərəfindən şübhəlilərin tutulması üçün əməliyyat davam edir.

Aytac Süleymanova

Twitter: a_alieva_