Bakı. TurkicWorld:
Terror təşkilatı PKK-dan "Cudi" kod adlı Huda El Tuma, "Barış Pınarı" əməliyyatı bölgəsindən Türkiyəyə keçmək istəyərkən Türkiyə Milli Kəşfiyyat Təşkilatının verdiyi məlumatlar ilə yaxalanıb.
TurkicWorld-un məlumatına görə, tutulan terrorçu “Barış Pınarı” əməliyyatı bölgəsindəki hərbi həbsxanaya göndərilib.
Terrorçu 2019-cu ildə PKK-ya qoşulub. Haseke, Ayn Al Arab və Shaddadidə təlim keçib. O, PKK-nın Hasəkədə olan qondarma batalyonlarında fəaliyyət göstərib.
O, “Barış Pınarı” hərəkatı zamanı Rəsəl-Aynda Türkiyə Silahlı Qüvvələri və SNA-ya qarşı cəbhədə iştirak edib.
Aytac Süleymanova
Twitter: a_alieva_