Son dəqiqə

Türkiyə Venesuela Hakan Fidan

İsrail zülmünün qarşısını birlikdə alacağıq – Hakan Fidan

Bakı. TurkicWorld:

İsrail zülmünün qarşısını birlikdə alacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Venesuelanın xarici işlər naziri İvan Gil ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Venesuela ilə ortaq mövqe tutduğumuz bir çox məsələlər var, xüsusən də regional və beynəlxalq məsələlərdə. Bildiyiniz kimi, bunlardan ən önəmlisi Fələstin məsələsidir.” – deyə o qeyd edib.

Hakan Fidan bildirib ki, Türkiyə-Venesuela arasında bütün sahələrdə strateji münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı addımlar atılacaq.

“Ötən il iki ölkə arasındakı olan 800 milyon dollarlıq ticarət həcminin, bu il üç milyard dollar çatacağını gözləyirik. Venesuela Türkiyənin bölgəyə dair siyasətində son dərəcə əhəmiyyətli yerə malikdir” – deyə o bildirib.

Fidan həmkarı Gillə neft-kimya, mədənçıxarma və turizm sahələrində konkret məsələlər barədə danışmaq imkanı əldə etdiyini, bəzi türk şirkətlərinin enerji sahəsinə maraq göstərdiyini və qarşıdakı dövrdə bu məsələlərdə böyük genişlənmə gözlədiklərini qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər