Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə YÖK arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı. TurkicWorld:

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Ali Təhsil Şurası (YÖK) arasında “Kampusda Sektor Proqramı” əməkdaşlıq protokolu imzalanıb.

TurkicWorld xəbər verir ki, protokol Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və YÖK sədri Prof. Dr. Erol Özvar arasında imzalanıb.

Məlumata əsasən, protokolla nazirlik və YÖK Rəyasət Heyətinin rəhbərliyi altında tətbiqi tədqiqatlar vasitəsilə texnologiyaları inkişaf etdirmək üçün lazım olan səriştələrin inkişaf etdirilməsi üçün iş dünyası ilə iç-içə bir təhsil modelinin hazırlanması, universitet və şirkətlərin qarşılıqlı inkişafına töhfə vermək hədəflənir.

“Gənclər blokçeyn, süni intellekt və rəqəmsal transformasiya kimi mövzularda öz sahələri üzrə aparıcı texnologiya şirkətləri və sənaye peşəkarları ilə görüşəcəklər”, - deyə YÖK sədri imzalama mərasimində çıxışı zamanı bildirib.

Nazir Kacır isə texnologiya istehsal edən və texnologiyadan ən yaxşı şəkildə istifadə edən şirkətlərə biliklərini universitetlər və gənclərlə paylaşma fürsəti təqdim etdiklərini, beləliklə də ölkənin ixtisaslı insan qaynaqlarını və insan kapitalını gücləndirdiklərini bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər