Dünyanın bir neçə ölkəsində olan texnologiyaları KAAN vasitəsilə Türkiyəyə gətirəcəyik - Görgün

Dünyanın bir neçə ölkəsində olan texnologiyaları KAAN vasitəsilə Türkiyəyə gətirəcəyik - Görgün

Bakı. TurkicWorld:

KAAN vasitəsilə təkcə beçinci nəsil döyüş təyyarəsi deyil, dünyanın bir neçə ölkəsinə məxsus texnologiyaları da ölkəmizə gətirəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün öz rəsmi X sosial media hesabında bildirib.

"Başda TUSAŞ olmaqla layihədə əməyi olan bütün şirkətlərimizi, mühəndis və texniki qruplarımızı ürəkdən təbrik edirik. Bu, millətimizin uğurudur. Başda KAAN olmaqla bütün təyyarələrimizi gücləndirməyə və millətimizin təhlükəsizliyi üçün səmamızın tam müstəqil texnologiyalarını inkişaf etdirməyə davam edəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN bu gün ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01