Yaşar Gülər ​​bolqarıstanlı həmkarı Taqarevlə görüşüb

Yaşar Gülər ​​bolqarıstanlı həmkarı Taqarevlə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər, ​​Bolqarıstanın müdafiə naziri Todor Taqarevlə görüşüb.

TurkicWorld-un məlumatına görə, Gülər ​​Ankarada rəsmi qonağı olan nazir Taqarevi rəsmi mərasimlə qarşılayıb.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra Taqarev fəxri qarovul dəstəsini salamlayıb.

Mərasimdən sonra nazirlər mətbuata qapalı təkbətək və heyətlərarası görüş keçiriblər.

Aytac Süleymanova

Twitter: a_alieva_