Bakı. TurkicWorld:
Fosfor bombalarının istifadəsi İsrailin hərbi cinayət törətdiyinin açıq sübutudur.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
"İsrailə gəlincə, qanundan deyil, qanunsuzluqdan, ədalətsizlikdən, zülmdən danışmaq lazımdır. Əslində bu gün Qəzzada humanitar qanunlar tapdalanır. Fosfor bombalarından istifadə İsrailin hərbi cinayət törətdiyinin əyani sübutudur. İsrail mülki insanları hədəfə alaraq beynəlxalq hüququ pozur",- deyə Altun bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 92 nəfərə çatıb.