Hakan Fidan G20 Xarici İşlər Nazirləri İclasında iştirak edəcək

Hakan Fidan G20 Xarici İşlər Nazirləri İclasında iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan 21-22 fevral tarixlərində Braziliyada keçiriləcək G20 Xarici İşlər Nazirləri İclasında iştirak edəcək.

TurkicWorld bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, nazir Fidan iclasda Qəzzada baş verən faciəyə diqqət çəkəcək və beynəlxalq ictimaiyyətə bir daha təcili atəşkəs və humanitar yardım çağırışı edəcək.

Türkiyə XİN rəhbəri İsrailin Qəzzaya hücumlarında BMT Təhlükəsizlik Şurasının qeyri-kafiliyinə də diqqət çəkəcək.

Bundan əlavə, Hakan Fidanın iclas çərçivəsində bəzi G20 ölkələrinin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyi və MİKTA-nın 25-ci Xarici İşlər Nazirləri Toplantısında (Meksika, İndoneziya, Koreya, Türkiyə, Avstraliya) iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, G20 həm sənayeləşmiş, həm də inkişaf etməkdə olan ölkələr də daxil olmaqla dünyanın ən böyük iqtisadiyyatlarının əksəriyyətindən ibarətdir və ümumi dünya məhsulunun (ÜDM) təxminən 90 faizini , beynəlxalq ticarətin 75-80 faizini təşkil edir.

X: Lamanasadli01