Muğlada 4.3 bal gücündə zəlzələ olub

Muğlada 4.3 bal gücündə zəlzələ olub

Bakı. TurkicWorld:

Türkiyənin Muğla vilayətində 4.3 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Marmaris rayonunda olub. Zəlzələnin ocağı 11,3 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.

X: Lamanasadli01