Türkiyə ilə Qətər Qazaxıstanda taxıl emalı zavodu tikəcək

Türkiyə ilə Qətər Qazaxıstanda taxıl emalı zavodu tikəcək

Bakı. TurkicWorld:

Qazaxıstanın Milli İdarəetmə Holdinqi “Baiterek” ASC Qətərin “Hassad Food” və Türkiyənin “Tiryaki Agro” şirkəti ilə taxıl emalı zavodunun tikintisi ilə bağlı müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, layihənin dəyəri 200 milyon dollardır.

Müqaviləyə əsasən, müəssisənin gücü ildə 250 min ton buğda və 100 min ton noxud istehsal ediləcək.

Anlaşma memorandumu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu həftə Qətərə ilk rəsmi səfəri zamanı imzalanıb.

Tokayev Dohada keçirilən Qazaxıstan-Qətər investisiya dəyirmi masasında bildirib ki, Qazaxıstan Qətər bazarına orqanik kənd təsərrüfatı məhsullarının tədarükündə etibarlı tərəfdaş ola bilər.

Qeyd edək ki, 2008-ci ildə qurulan Qatar Hassad Food şirkəti, 450 milyard dollarlıq Qatar İnvestisiya Təşkilatının 100% törəmə şirkətidir. Hassad Avstraliya, Kanada, Türkiyə, Oman və digər ölkələrdə əsas strateji təşkilatlara sərmayə qoyub.

Türkiyənin aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biri olan Tiryaki Agro 11 ölkədə 25 istehsal müəssisəsində fəaliyyət göstərir. Əsasən, düyü, paxlalılar, taxıl, yem, yağlı toxumlar, qoz-fındıq və üzvi qidaları emal edir və istehsal edir.

X: Lamanasadli01