Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur - Mehmet Şimşək

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur - Mehmet Şimşək

Bakı. TurkicWorld:

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq həm bizim, həm də onların maraqlarına uyğundur.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

"Biz oradakı obyektlərin tikintisinə və istismarına öz töhfəmizi verə bilərik. Biz də turoperatorlarımızla turistlərin oraya aparılmasına töhfə verə bilərik. Ona görə də Türkiyə ilə Səudiyyə Ərəbistanının bu sahələrdə əməkdaşlıq etməsi həm bizim, həm də onların maraqlarına uyğundur. Bizim turoperatorlar yayda bura turist gətirdiyi kimi pul qazanıb ora turist apara bilir. Biz hazırda turizm üzrə dünyada ilk beşlikdəyik. Ona görə də Türkiyənin bu məsələdə çox yüksək təcrübəsi var",-deyə nazir qeyd edib.

Mehmet Şimşək bildirib ki, Maliyyə Nazirliyi olaraq xidmət ixracatına çox güclü dəstək veririk. 80 faiz baza azalma təmin etdik. Yəni deyək ki, Türkiyədən hər hansı bir ölkəyə müəyyən sahələrdə xidmət ixrac edirsinizsə, vergi ödəyəcəksiniz. Əslində ödəniş çox aşağı olacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_