Peter Siyarto Türkiyəyə səfər edəcək

Peter Siyarto Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici siyasət idarəsinin mətbuat xidməti bildirib ki, macar diplomatın səfəri fevralın 15-də baş tutacaq.

Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılacaq.