Son dəqiqə

Əli Yerlikaya Türkiyə Daxili İşlər Nazirliyi

Türkiyədə iki mütəşəkkil cinayət qrupu məhv edilib

Bakı. TurkicWorld:

Türkiyədə Kafes-38 əməliyyatı çərçivəsində iki mütəşəkkil cinayət qrupu məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Məlumata əsasən, Türkiyənin dörd vilayətində eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı təşkilat rəhbərləri ilə birlikdə 16 şübhəli saxlanılıb.

Cinayət yolu ilə əldə edilmiş hesab edilən 58 milyon lirə dəyərində əmlaka qadağa qoyulması üçün işlərə başlanılıb.

Bundan əlavə, əməliyyat nəticəsində narkotik, pul, mülkiyyət sənədləri, silah və sursat müsadirə edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər