Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində bəyanat verəcək

Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində bəyanat verəcək

Bakı. TurkicWorld:

Türkiyə fevralın 26-da Beynəlxalq Ədalət Məhkəməsində keçiriləcək iclasda İsrailin işğal etdiyi Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələri ilə bağlı bəyanat verəcək.

TurkicWorld-un məlumatına görə, Beynəlxalq Ədalət Məhkəməsi, İsrailin işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə tətbiq etdiyi təcrübələrin hüquqi nəticələri ilə bağlı veriləcək məsləhət rəyində şifahi təqdimatların cədvəlini açıqlayıb.

Müvafiq olaraq, 19-26 fevral tarixləri arasında Türkiyə, həmçinin Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Afrika Birliyi də daxil olmaqla 52 dövlətin hər biri otuz dəqiqəlik şifahi təqdimatla çıxış edəcək.

Şifahi bəyanatlar Fələstinin təqdimatı ilə fevralın 19-da, son şifahi bəyanat 26 fevral Maldiv adaları tərəfindən ediləcək və dinləmələr sona çatacaq.

Türkiyənin İsrailin işğal altındakı Fələstindəki tətbiqlərinin hüquqi nəticələri ilə bağlı şifahi bəyanatı 26 Fevral bazar ertəsi ediləcək.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 947 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_