Bayraktar TB 3 daha bir sınağını uğurla tamamlayıb

Bayraktar TB 3 daha bir sınağını uğurla tamamlayıb

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanan Bayraktar TB3 Pilotsuz Uçuş Aparatı 17-ci sınaq uçuşunu uğurla tamamlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

Məlumata əsasən, sınaq uçuşu Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.

Uçuş zamanı “Orta Hündürlük Sisteminin İdentifikasiyası Testi” həyata keçirilib.

Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.

Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

X: Lamanasadli01