Türkiyə ehtiyaclarını yerli və milli səviyyədə istehsal edə bilir - Haluk Görgün

Türkiyə ehtiyaclarını yerli və milli səviyyədə istehsal edə bilir - Haluk Görgün

Bakı. TurkicWorld:

Türkiyə ehtiyaclarını yerli və milli səviyyədə istehsal edə bilir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün deyib.

Görgün, müdafiə sənayemizin əsas məqsədi, Türkiyədə elm, texnologiya və innovasiya potensialını artıraraq problemləri həll etmək, həyat keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, rifah səviyyəsinin yüksəldilməsini sürətləndirmək olduğunu izah edib.

"Vizyonumuz "yenilikçi və rəqabətədavamlı"dır. Sülhə xidmət edən, qlobal marka və dəyərə çevrilmiş Türkiyə Müdafiə Sənayesi və missiyamız ölkəmizin müdafiə və təhlükəsizlik ehtiyaclarını texnoloji üstünlüyə və qlobal rəqabət qabiliyyətinə malik həllər ilə qarşılayaraq müdafiə sənayesinin davamlılığını təmin etməkdir. Məqsədimizə çatmaq üçün hansı texnologiya sahələrinə investisiya etməli olduğumuzu diqqətlə müəyyənləşdiririk. Bu gün istehsal etdiyimiz bir çox texnoloji məhsulda çox həssas bir proses idarəçiliyi nümayiş etdiririk. Türkiyə kommunikasiya sahəsində dünyanın super liqa səviyyəsindədir",-deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_