Aİ, Türkiyədəki zəlzələ fəlakəti üçün 400 milyon avroluq yardım müqaviləsi imzalayıb

Aİ, Türkiyədəki zəlzələ fəlakəti üçün 400 milyon avroluq yardım müqaviləsi imzalayıb

Bakı. TurkicWorld:

Avropa İttifaqı, Türkiyədəki zəlzələ fəlakəti üçün 400 milyon avroluq yardım müqaviləsi imzalayıb.

TurkicWorld-un məlumatına görə, Avropa İttifaqı Türkiyədəki zəlzələ fəlakəti üçün Beynəlxalq Donorlar Konfransında toplanan 1 milyard avroluq dəstəyin 400 milyonunun birbaşa ödənilməsi üçün dünən Brüsseldə müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Beynəlxalq Donorlar Konfransı, ötən ilin martında İsveçin Avropa İttifaqına sədrliyi dövründə keçirilib və fevralın 6-da Türkiyənin 11 vilayəti və Suriyanın şimalında baş vermiş zəlzələlərin yaratdığı dağıntıları bərpa etmək üçün ümumilikdə 7 milyard avro toplanıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_