Türkiyənin 33 vilayətində İŞİD-ə qarşı əməliyyatlar keçirilib

Türkiyənin 33 vilayətində İŞİD-ə qarşı əməliyyatlar keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin 33 vilayətində eyni vaxtda terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya, öz rəsmi sosial media hesabındakı paylaşımda bildirib.

"33 vilayətdə İŞİD terror təşkilatına qarşı eyni vaxtda keçirilən əməliyyatda 147 şübhəli saxlanılıb. İŞİD terror təşkilatı tərkibində fəaliyyət göstərən 11 şübhəli tutulub. Saxlanılan şübhəlilər yoxlanış üçün polis idarəsinə aparılıb",- deyə nazir paylaşımda bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_