Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəlzələ bölgəsinə 1 milyard lirə yardım edib

Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəlzələ bölgəsinə 1 milyard lirə yardım edib

Bakı. TurkicWorld:

Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəlzələ bölgəsində 110 min vətəndaşa ümumilikdə 1 milyard lirə yardım edib.

TurkicWorld xəbər verir ki, nazirlik bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza dəstək və fəlakət baş verən vilayətləri inkişaf etdirmək üçün bütün birliklərimizlə çalışmağa davam edirik", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01