C.Koreyada Türkiyədəki zəlzələ qurbanları ilk ildönümündə anılıb

C.Koreyada Türkiyədəki zəlzələ qurbanları ilk ildönümündə anılıb

Bakı. TurkicWorld:

Cənubi Koreyada 6 Fevral tarixində baş verən Kahramanmaraş mərkəzli zəlzələlərinin ilk ildönümü anılıb.

TurkicWorld xəbər verir ki, Cənubi Koreya şirkətinin əməkdaşları Türkiyə və Cənubi Koreya bayraqlarını yarıya qədər endirib və zəlzələnin baş verdiyi saatda fəlakət qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

"Hazırda Koreya vaxtı ilə saat 10.17, Türkiyə vaxtı ilə 04.17-dir. Zəlzələdən bir il keçir. Hər şey düzələnə qədər bütün səmimiyyətimizlə Türkiyənin yanındayıq", - deyə şirkətin CEO-su bildirib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01