Bakı. TurkicWorld:
Çağlayan Ədliyyə binasına hücum cəhdi ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc öz rəsmi X sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, bu gün Türkiyədə İstanbul Çağlayan Ədliyyə binasına hücum cəhdi olub. Hadisə nəticəsində iki hücumçu ölü ələ keçirilib, üçü polis olmaqla beş nəfər yaralanıb.





