KAAN və ATAK 2-nin avionik hissələrinin istehsalına başlanılacaq (ÖZƏL)

KAAN və ATAK 2-nin avionik hissələrinin istehsalına başlanılacaq (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN və ATAK-2 helikopterinin avionik hissələrinin istehsalına başlanılacaq.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Qeyd edək ki, ATAK helikopteri 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində yaradılıb.

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

X: Lamanasadli01