Bakı. TurkicWorld:
Qara Dəniz Taxıl Təşəbbüsündə Türkiyənin rolu danılmazdır.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel açıqlayıb.
"Vladimir Putinin Türkiyə səfərindən xəbərimiz var. Əgər bir ölkə Rusiyanın öz zərərli davranışından əl çəkməsində əhəmiyyətli rol oynaya bilərsə, biz bunu alqışlayarıq", - deyə o əlavə edib.
Xatırladaq ki, Taxıl dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.







