Türkiyə Malta Hakan Fidan

Hakan Fidan Maltaya rəsmi səfər edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Maltaya rəsmi səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.

Fidan rəsmi səfərdə olduğu Maltada xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla görüşəcək.

Naziri Malta prezidenti Corc Vella və baş nazir Robert Abela da qəbul edəcəklər.

Bildirilib ki, Valettada keçiriləcək görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri müzakirə olunacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər