Zəlzələdən zərər çəkənlər üçün 79 milyarddan çox vəsait xərclənib - AFAD

Zəlzələdən zərər çəkənlər üçün 79 milyarddan çox vəsait xərclənib - AFAD

Bakı. TurkicWorld:

Zəlzələdən zərər çəkənlər üçün 79 milyard 263 milyon lirə xərclənib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

AFAD qeyd edib ki, zəlzələdən zərər çəkənlər üçün 128 milyard 949 milyon lirə yardım toplanıb.

İanə hesabından 79 milyard 263 milyon 585 min 333 türk lirəsi xərclənib. Fəlakət qurbanlarına nağd yardım olaraq 46 milyard 755 milyon 849 min 500 lirə verilib. Mənzil xərcləri üçün 32 milyard 507 milyon 735 min 833 lirə ödənilib.

Qeyd edək ki, ən çox vəsait çadır və konteyner infrastrukturuna ayrılıb.

Hafiz Rufizoğlu