Son dəqiqə

İbrahim Kalın Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qəzza zolağı HƏMAS

İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədri ilə Qəzzadakı hadisələri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş Dohada baş tutub.

Görüşdə əsir mübadiləsi, Qəzzada atəşkəs və İsrail mühasirəsinə son qoyulması yolları müzakirə edilib.

Bundan əlavə, Fələstin xalqına humanitar yardımın çatdırılması üçün görüləcək işlər də müzakirə olunub.

Qeyd edilib ki, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması regionda sabitliyin əsasını təşkil edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər