Son dəqiqə

Türkiyə Tekirdağ Trakya Hövzəsi Təbii Qaz Şirkəti (TBNG)

TBNG, Tekirdağ və Silivridə yeni təbii qaz quyularının qazılmasına başlayır

Bakı. TurkicWorld:

Tekirdağda təbii qaz kəşfiyyatı və hasilat fəaliyyətləri ilə gündəlik 250 min kubmetr təbii qazı sənaye şirkətlərinə öz boru kəməri ilə çatdıran Trakya Hövzəsi Təbii Qaz Şirkəti (TBNG), Tekirdağ və Silivridə beş yeni təbii qaz quyularının qazılmasına başlayır.

TurkicWorld-un məlumatına görə, Tekirdağ və Silivridə beş yeni quyuda qazma işlərinə başlanılması aylıq hasilatı 25 faiz artıracaq.

Qeyd edək ki, 1983-cü ildə təbii qaz və neft kəşfiyyatı fəaliyyəti ilə məşğul olmaq üçün qurulan və Trakya bölgəsində kəşfiyyat və hasilat fəaliyyəti həyata keçirən TBNG, son 40 ildə ən böyük özəl təbii qaz istehsalçısı olaraq cəmi 3,5 milyard kubmetr qaz hasil edib.

Son üç ildə 19,4 milyon dollarlıq sərmayə ilə Tekirdağ və Silivridə cəmi 85 quyudan gündə 250 min kubmetr təbii qaz çıxaran TBNG, hasilatı artırmaq üçün bu il Türkiyənin enerji təchizatı təhlükəsizliyinə 10 milyon dollar daha sərmayə qoymağı planlaşdırır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər