Bakı. TurkicWorld:
Türkiyə məhkəmə sistemi müstəqil və qərəzsiz olaraq üzərinə düşən vəzifəni yerinə yetirir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Y.Tunç onu da vurğulayıb ki, hüquqi dövlətin əsas məqsədi ədalətin təzahürü və hər şeyin hüquq normalarına və konstitusiya prinsiplərinə uyğun həyata keçirilməsidir.
"2023-cü ildə Türkiyə məhkəmə sistemi prokurorluq orqanlarında cinayət araşdırmaları ilə bağlı 5 milyon 180 min, cinayət məhkəmələrində 1 milyon 909 min qərar, mülki məhkəmələrdə 2 milyon 856 min qərar, inzibati və vergi məhkəmələrində 432 min qərar qəbul edib", - deyə o əlavə edib.



