BARKAN avtomobili çətin ərazi şəraitində keçirilən yoxlama testlərini uğurla başa vurub

BARKAN avtomobili çətin ərazi şəraitində keçirilən yoxlama testlərini uğurla başa vurub

Bakı. TurkicWorld:

BARKAN avtomobili çətin ərazi şəraitində keçirilən yoxlama testlərini uğurla başa vurub.

TurkicWorld-un məlumatına görə, bu barədə HAVELSAN Məhsul İnkişaf etdirmə direktoru Veysel Ataoğlu deyib.

Türkiyənin müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən pilotsuz quru vasitəsi BARKAN qarlı və palçıqlı sahələrdə və çətin coğrafiyalarda 1 000 kilometr məsafə qət edib.

Təhlükəsizlik qüvvələrinin yerli və milli müdafiə sənayesi məhsulları ilə ehtiyaclarını qarşılamaq üçün Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəyasət Heyətinin koordinasiyasında bir çox istiqamətdə işlər davam etdirilir.

Müxtəlif sinif pilotsuz quru nəqliyyat vasitələrinin yerli və milli həlləri xidmətə hazır vəziyyətə gətirilərkən, əldə edilən platformalar Quru Qoşunları Komandanlığının istifadəsinə təqdim edilir. Təhlükəsizlik qüvvələrinin istifadəsinə verilən vasitələrdən biri də “orta sinif 1-ci pilotsuz quru vasitəsi” BARKAN-dır.

BARKAN öz xüsusiyyətləri ilə çətin relyef və sərt hava şəraitinin fəaliyyət göstərə bilir, həmçinin təhlükəsizlik qüvvələrinə qarşı asimmetrik təhlükələri aradan qaldırır.

BARKAN modul quruluşu və ən müasir yük imkanları ilə fərqli silah növləri ilə hücum, avadanlıqların daşınması, itki ötürülməsi, bomba zərərsizləşdirilməsi, kəşfiyyat və müşahidə, döyüş zərərinin kəşfiyyatı kimi müxtəlif vəzifələri yerinə yetirə bilir.

Məlumat üçün qeyd edək ki, BARKAN saatda 13 kilometrdən çox sürətə çata bilir və 5 saatdan çox işləyir.

“HAVELSAN olaraq, Müdafiə Sənayesi Başkanlığı və Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Vəqfinin müəyyən etdiyi missiyaya uyğun olaraq işlərimizi intensiv şəkildə həyata keçiririk. Önümüzdəki dövrdə HAVELSAN-ın bu proqram imkanlarını bir çox platformaya inteqrasiya etmək üçün çalışırıq.” - deyə Veysel Ataoğlu deyib.

O bildirib ki, qarşıdakı dövrdə robototexnika və avtonom sistemlər sahəsində daha çox yeniliklərə çatmaq hədəflənib.

Hafiz Rufizoğlu