Rabitə peykimizi 2024-cü ildə orbitə göndərəcəyik - TÜBİTAK sədri

Rabitə peykimizi 2024-cü ildə orbitə göndərəcəyik - TÜBİTAK sədri

Bakı. TurkicWorld:

Rabitə peykimizi 2024-cü ildə orbitə göndərəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə TÜBİTAK sədri Prof. Dr. Həsən Mandal məlumat verib.

"İMECE peykimizi 2023-cü ildə orbitə göndərmişik. İki mühüm missiyamız var ki, bunlardan biri Türksat 6A layihəmizdir. Rabitə peykimizi 2024-cü ildə orbitə göndərəcəyik və onun ardınca Aya sərt eniş missiyamızı yerinə yetirmək üçün 2026-cı ildə də kosmosa səyahət davam edəcək",- deyə o bildirib.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_