Bakı. TurkicWorld:
Türkiyənin güclənməsi NATO-nun güclənməsi deməkdir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar deyib.
"Türkiyənin güclənməsi, F-16-ların və donanmaların yenilənməsi təkcə Türkiyənin deyil, NATO-nun da gücü deməkdir. Ətrafımızdakı proseslərə nəzər saldıqda NATO-nun güclü Türkiyəyə hər zamankindən daha çox ehtiyacı var. Bu layihənin təkcə Türkiyə-ABŞ deyil, həm də NATO məsələsi olduğu izah edilib. Bu məsələnin yaxın günlərdə müsbət nəticə verəcəyini gözləyirik. Müttəfiqliyin tələb etdiyi budur",- deyə Akar bildirib.
Daha əvvəl gündəmdə olan Eurofighter satın alma variantı ilə bağlı prosesi izah edən Akar, qeyd edib ki, Türkiyə olaraq “F-16 və F-35 almaq istəyirik, ancaq tək ünvan siz deyilsiniz” deyirik, bir çox alternativlər var. Bunlardan biri Eurofighter-dir. İtaliya və Britaniya "bəli" deyir, Almaniyanın isə bəzi tərəddüdləri var, lakin onlar həll olunmaz deyil. Bunların hamısı bir prosesdir. Vacib olan odur ki, silahlı qüvvələrimizin effektiv və çəkindirici gücünə hər zamankindən daha çox ehtiyac var.
"Bizim gözləntimiz ondan ibarətdir ki, memorandumda götürülmüş öhdəliklər yerinə yetiriləcək. İsveç də bununla bağlı ciddi təşəbbüslər irəli sürüb. Biz onların öhdəliklərində irəliləyişin olması nəticəsində bu nöqtəyə gəlmişik",- deyə Hulusi Akar İsveçin NATO-ya üzv olma məsləsini dəyərləndirərkən vurğulayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_