Türkiyədə Kastamonu-Taşköprü yolunda altı nəfərin ölümü ilə nəticələnən avtobus qəzası ilə bağlı istintaq başladılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc öz rəsmi X soial media hesabında açıqlama verib.
Türkiyəli nazir onu da qeyd edib ki, istintaqla bağlı iki hakim təyin edilib.
Qeyd edək ki, bu gün Kastamonu-Taşköprü yolunda sərnişin avtobusu aşıb. Nəticədə altı nəfər həyatını itirib, 33 nəfər yaralanıb.



