Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 30-a yaxın şübhəli saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 30-a yaxın şübhəli saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 9 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda həyata keçirilən “Qəhrəmanlar-46” əməliyyatlarında 28 şübhəli ələ keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya öz rəsmi sosial media hesabında məlumat verib.

"Sakarya, Dənizli, Ankara, Adana, Düzce, Bursa, Qaziantep, İstanbul və Yalovada İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-46” əməliyyatları keçirilib. Əməliyyat çərçivəsində 28 nəfər saxlanılıb, külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək",- deyə paylaşımda bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_