Son dəqiqə

Türkiyə İran Ali Yerlikaya

Terrorla mübarizədə İranla əməkdaşlığımızı gücləndirməyi hədəfləmişik – Ali Yerlikaya

Bakı. TurkicWorld:

Terrorla mübarizədə İranla əməkdaşlığımızı gücləndirməyi hədəfləmişik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya İranın daxili işlər naziri Əhməd Vahidi ilə görüş zamanı deyib.

Yerlikaya iranlı həmkarı ilə terrorizm, qeyri-qanuni miqrasiya və immiqrant qaçaqmalçılığı sahəsində əməkdaşlıqla bağlı görüş keçirib.

“Biz nazirliklərimiz arasında əməkdaşlığı inkişaf etdirmək, xüsusilə terrorizm, qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı təşkilatçıları ilə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün İran İslam Respublikasının daxili işlər naziri cənab Əhməd Vahidi ilə görüş keçirdik.” - deyə Ali Yerlikaya açıqlamasında deyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər