Son dəqiqə

Numan Kurtulmuş 20 Yanvar faciəsi

"Qanlı Yanvar" faciəsi ilə bağlı olaraq qardaş Azərbaycana baş sağlığı diləyirəm - TBMM sədri

Bakı. TurkicWorld:

Yaxın tarixin ən ağrılı hadisələrindən biri olan "Qanlı Yanvar" qətliamında qətlə yetirilən azərbaycanlı qardaşlarımızın, o cümlədən qadın, uşaq və qocaların xatirəsini yad edir, onların ağrılarına şərik oluram.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş öz rəsmi sosial media hesabında paylaşım edib.

"20 Yanvar"ı unutmayacağıq. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların unudulmasına imkan verməyəcəyik. Biz Azərbaycanın yanındayıq.“Bir millət, iki dövlət” anlayışı ilə bundan sonra da sevincimizdə, kədərimizdə birləşəcəyik”,- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Mövzuya görə xəbərlər