Türkiyə İsrail Numan Kurtulmuş TBMM Əhməd Davudoğlu Azadlıq Donanması Koalisiyası

TBMM sədri üç partiya lideri ilə İsrail tərəfindən saxlanılan millət vəkilləri məsələsini müzakirə edib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Səadət Partiyasının sədri Mahmut Arıkan, DEVA Partiyasının sədri Ali Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlunu qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər aktual siyasi məsələlər, xüsusilə də İsrail tərəfindən saxlanılan üç türkiyəli millət vəkili ilə bağlı vəziyyəti müzakirə ediblər.

Görüşdən sonra Mahmut Arıkan, Ali Babacan və Əhməd Davudoğlu jurnalistlərə açıqlama veriblər.

Əhməd Davudoğlu bildirib ki, Numan Kurtulmuşa İsrail tərəfindən saxlanılan üç millət vəkili ilə bağlı rəsmi tələblərini çatdırıblar və bu məsələnin TBMM-nin bugünkü iclasında ümumi müzakirəyə çıxarılmasını istəyiblər.

Mahmut Arıkan isə parlamentdə təmsil olunan siyasi partiyaların birgə təklifi ilə hadisənin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını və rəsmi bəyanatın yayımlanmasını təklif edib.

Ali Babacan da çıxışında İsrail tərəfindən saxlanılan türkiyəli millət vəkillərinin tezliklə ölkəyə geri qaytarılmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər