ANKA-3 PUA NATO tenderində iştirak edəcək (ÖZƏL)

ANKA-3 PUA NATO tenderində iştirak edəcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan ANKA-3 pilotsuz döyüş təyyarəsi NATO tenderində iştirak edəcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"Türkiyənin pilotsuz quru və xüsusilə pilotsuz dəniz nəqliyyatı texnologiyalarında ciddi uğurları var. CTech şirkəti həm də helikopterlər, reaktiv təyyarələr, pilotsuz quru nəqliyyat vasitələri və pilotsuz dəniz platformaları üçün çox təkmil rabitə sistemləri istehsal edir. Məlum olduğu kimi, NATO bu sahədə “ən qabaqcıl” sistemlərə üstünlük verir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, TUSAŞ tərəfindən hazırlanan ANKA-3 pilotsuz döyüş təyyarəsi ötən il 28 dekabr tarixində ilk uçuşunu həyata keçirib.

Qeyd edək ki, maksimum uçuş çəkisi 6,5 ton olan ANKA-3, 1,2 ton faydalı yük daşıya biləcək. 40 min fut yüksəklikdə standart faydalı yükü ilə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir. Həm görmə daxilində, həm də kənarda rabitə ilə təchiz ediləcək ANKA-3 Pilotsuz Döyüş Təyyarəsi xüsusi dizaynı sayəsində çox aşağı radar kəsik sahəsinə malikdir. Şaquli dayanıqlığı olmayan “uçan qanad” şəklində olan ANKA-3-ün daxili silah stansiyaları da var ki, bununla da ANKA-3 düşmən radarlarına görünmədən düşmən ərazisinin dərinliklərində “dərin zərbə” adlanan döyüş tapşırıqlarını yerinə yetirə biləcək.

X: Lamanasadli01