Türkiyə, Qərbin embarqolarını qıraraq PUA ölkəsinə çevrilib - Alman mediası

Türkiyə, Qərbin embarqolarını qıraraq PUA ölkəsinə çevrilib - Alman mediası

Bakı. TurkicWorld:

Qərbin silah ixracına qoyduğu qadağaları qıraraq Türkiyə pilotsuz uçan aparat (PUA) gücünə çevrilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Almaniya mediası məlumat yayımlayıb.

TUSAŞ tərəfindən hazırlanan və 2023-cü ilin sonunda ilk uçuşunu uğurla həyata keçirən pilotsuz döyüş təyyarəsi ANKA 3, Qərb mətbuatının gündəminə çevrilib.

Mətbuatda "Türkiyə tamamilə pilotsuz uçuş aparatlarına güvənir” başlığı ilə, Türkiyənin pilotsuz döyüş təyyarələri təqdim edilib.

Qeyd edək ki, maksimum uçuş çəkisi 6,5 ton olan ANKA-3, 1,2 ton faydalı yük daşıya biləcək. 40 min fut yüksəklikdə standart faydalı yükü ilə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir. Həm görmə daxilində, həm də kənarda rabitə ilə təchiz ediləcək ANKA-3 Pilotsuz Döyüş Təyyarəsi xüsusi dizaynı sayəsində çox aşağı radar kəsik sahəsinə malikdir. Şaquli dayanıqlığı olmayan “uçan qanad” şəklində olan ANKA-3-ün daxili silah stansiyaları da var ki, bununla da ANKA-3 düşmən radarlarına görünmədən düşmən ərazisinin dərinliklərində “dərin zərbə” adlanan döyüş tapşırıqlarını yerinə yetirə biləcək.

Xatırladaq ki, ANKA-3 pilotsuz döyüş təyyarəsi bu il ərzində Türkiyə Ordusunun inventarına daxil ediləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_