Bakı. TurkicWorld:
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi Metin Gürak və komandirləri ilə Şırnaka gedib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Yaşar Gülər “Pəncə-Kilid” əməliyyatı bölgəsində şəhidlərimizi itirdiyimiz terror aktından sonra Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və komandirləri ilə Şırnaka gedib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.