Bozdoğan və Gökdoğan raketlərinin dizayn yoxlama sınaqları tamamlanıb

Bozdoğan və Gökdoğan raketlərinin dizayn yoxlama sınaqları tamamlanıb

Bakı. TurkicWorld:

Bozdoğan və Gökdoğan raketlərinin dizayn yoxlama sınaqları tamamlanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün deyib.

"Raketlərimiz qəbul sınaqlarına hazırdır. Növbəti mərhələdə döyüş başlığı sursatları ilə sınaqlarımızı həyata keçirib, Hərbi Hava Qüvvələrimizin istifadəsinə verəcəyik" –deyə Görgün qeyd edib.

O, Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyaclarını ödəmək üçün başladılan və IDEF 23-də kiçik miqyaslı üçün təşkil edilən mərasimdə kütləvi istehsal müqaviləsi imzalanan GÖKTUĞ Layihəsi çərçivəsində daha bir mühüm addımın atıldığını bildirib.

GÖKTUĞ Layihəsi

GÖKTUĞ Layihə Müqaviləsi Milli Müdafiə Nazirliyi AR-GE ilə TÜBİTAK SAGE arasında 14 dekabr 2012-ci ildə Hava Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq imzalanmış və 2016-cı ilin noyabr ayında Müdafiə Sənayesi Rəhbərliyinə verilmişdir.

Bozdoğan və Gökdoğan raketlərinin 25 ədəd aşağı miqyaslı ilkin istehsal və F-16 PO-III təyyarələrinə inteqrasiyası üçün hazırlanan "GÖKTUĞ F-16 PO-III İnteqrasiyası və Kiçik Ölçülü İlkin İstehsal Təchizat Layihəsi Müqaviləsi" 7iyul 2023-də imzalanıb.

Hafiz Rufizoğlu