Türkiyənin müdafiə sənayesində yüksək səviyyəli imkanlara investisiya qoyması vacibdir - Stoltenberq

Türkiyənin müdafiə sənayesində yüksək səviyyəli imkanlara investisiya qoyması vacibdir - Stoltenberq

Bakı. TurkicWorld:

Türkiyə hökumətinin və müdafiə sənayesinin yeni yüksək səviyyəli qabaqcıl imkanlara, o cümlədən döyüş təyyarələrinə sərmayə qoymaq səyləri vacibdir.

TurkicWorld xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq deyib.

"NATO müttəfiqləri arasında müdafiə ticarəti ilə bağlı heç bir məhdudiyyət qoyulmamalıdır", - deyə o vurğulayıb.

"Türkiyə mühüm və çox dəyərli NATO müttəfiqidir. Türkiyə ortaq təhlükəsizlik və ortaq müdafiəmizə bir çox müxtəlif yollarla töhfə verib. Türkiyə Alyansın ən böyük 2-ci ordusuna və yaxşı təlim keçmiş və təchiz edilmiş hərbi qüvvələrə malikdir. Türkiyənin İraq və Suriya, eləcə də şimalda Qara dəniz və Rusiya ilə həmsərhəd olan coğrafi strateji mövqeyi, əlbəttə ki, bütün Alyans üçün vacibdir. Türkiyə terrorla mübarizədə, xüsusilə İŞİD-lə mübarizədə mühüm rol oynayır”, - deyə o əlavə edib.

NATO baş katibinin sözlərinə görə, Bayraktar pilotsuz uçuş aparatları Türkiyənin müdafiə sənayesində gücünü sübut edib.

"Türkiyə bütün müttəfiqləri ilə hərbi potensialın inkişafı və istehsalı üçün çalışır”, - deyə o qeyd edib.

X: Lamanasadli01