TEI dizayn təşkilatı təsdiqini alan ilk aviasiya şirkəti olub (ÖZƏL)

TEI dizayn təşkilatı təsdiqini alan ilk aviasiya şirkəti olub (ÖZƏL)

Bakı, TurkicWorld:

TEI Mülki Aviasiya Baş İdarəsinin (SHGM) proseslərini uğurla tamamlayaraq yerli və milli aviasiya mühərriklərinin tip sertifikatı üçün tələb olunan “Dizayn Təşkilat Təsdiqi”ni alıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

"Türkiyənin Dizayn Təşkilatı Təsdiqini (TOO) alan ilk qurum olmağı bacaran TEI bu xəbərlə hamımızı qürurlandırdı. Prosesə zəhməti və fədakarlığı ilə töhfə verən TEI rəhbərliyini və işçilərini təbrik edirəm. Məqsədimiz Türkiyənin Əsrini Müdafiə Əsrinə çevirməkdir”, - deyə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib.

Qeyd edək ki, TEI, milli mühərrik layihələrinə əlavə olaraq, 2018-ci ildən bəri A400M hərbi yük təyyarələrində istifadə edilən TP400 mühərrikləri üçün təmin etdiyi hissələrə texniki qulluq xidməti üçün EASA (Avropa Mülki Aviasiya Agentliyi) tərəfindən verilmiş Part 145 Baxım Təşkilatı Təsdiqini də alıb. Milli mühərriklər sahəsində daha bir mərhələni geridə qoyan TEI, Türkiyənin hərbi və mülki aviasiya sahəsində ehtiyac duyduğu sertifikatlı mühərrikləri inkişaf etdirərək ölkənin mühərrik sahəsində azadlığı və qlobal miqyasda rəqabət qabiliyyəti baxımından mühüm rol oynamağa davam edəcək.

X: Lamanasadli01