Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyə MN “Stinger” atışlarının videolarını paylaşıb

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri Komandanlığının "Daşınan və Piyadaya quraşdırılmış Stinger" atışlarının videolarını paylaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi öz hesabından paylaşım edib.

"Dəniz Qüvvələri Komandanlığına bağlı elementlər tərəfindən daşınan və postamentə quraşdırılmış Stinger atışları, Müdafiə Nazirliyinin Konya Karapınardakı Atış Sınaq və Qiymətləndirmə Qrupu Komandanlığının Atış Bölgəsində uğurla həyata keçirilib” – deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər