İstanbul Hava Limanı Avropanın ən işlək limanıdır - Eurocontrol

İstanbul Hava Limanı Avropanın ən işlək limanıdır - Eurocontrol

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı Avropanın ən işlək limanıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) 1-7 yanvar tarixləri üçün Avropa Aviasiya Hesabatında dərc edib.

İstanbul Hava Limanı yeni ilin ilk həftəsində gündə orta hesabla 1 329 uçuşla Avropanın ən işlək hava limanı olub.

İkinci yerdə gündə orta hesabla 1 248 uçuşla Amsterdam Schiphol, üçüncü yerdə 1 230 uçuşla London Hitrou limanı yer alır.

Hafiz Rufizoğlu