Türkiyənin silahlı pilotsuz uçuş aparatı SONGAR-a yeni atəş gücü dəstəyi verilib

Türkiyənin silahlı pilotsuz uçuş aparatı SONGAR-a yeni atəş gücü dəstəyi verilib

Bakı. TurkicWorld:

Türkiyiyə müdafiə sənayesi çərçivəsində həyata keçirilən əməkdaşlıqla silahlı pilotsuz uçan SONGAR-a yeni atəş gücü dəstəyi verilib.

TurkicWorld-un məlumatına görə, Asisguard tərəfindən hazırlanmış Repkon müdafiə sistemlərinin RDS40-MGL adlı altı barabanlı qumbaraatanının SONGAR silahlı pilotsuz təyyarəsinə inteqrasiyası ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Tədqiqatların sonunda SONGAR sahəyə çıxıb və altı barabanlı qumbaraatanla uğurlu atış sınağı həyata keçirib.

Asisguard baş direktoru Barış Düzgün, SONGAR-ı təhlükəsizlik qüvvələrinin istifadəsinə verdikdən sonra pilotsuz təyyarəyə fərqli sursat və faydalı yüklər əlavə etmək üçün müxtəlif araşdırmalar apardıqlarını söyləyib. Müştərinin tələblərinə uyğun olaraq bu işləri həyata keçirdiklərini ifadə edən Düzgün, SONGAR-ın son zamanlar altı barabanlı qumbaraatan inteqrasiyası ilə daha çox atəş açmaq və hədəfini daha effektiv vurmaq qabiliyyətinə sahib olduğunu vurğulayıb.

"Fərqli yüklər üzərində işlərimiz davam edir. Gələn müştərilərin tələblərinə uyğun olaraq, gecə əməliyyatlarını dəstəkləmək üçün iki oxlu gimbal dizaynımız davam edir. Bu şəkildə gecə görmə qabiliyyəti ilə əməliyyatlar həyata keçirə biləcəyik",- deyə Düzgün əlavə edib.

Qeyd edək ki, SONGAR, Türkiyə Silahlı Qüvvələri üçün Asisguard tərəfindən hazırlanmış, alçaq hündürlükdə, kvadrotorlu, pilotsuz döyüş təyyarəsidir.

Aytac Süleymanova

Twitter: a_alieva_